Belçikanın antirekordu – 32 ildən sonra ən pis göstərici
22.06.2026 - 10:49
Belçika millisi DÇ-2026-da növbəti oyununu keçirib.
Apasport.az xəbər verir ki, Rudi Qarsiyanın baş məşqçisi olduğu komanda G qrupunun II turunda İranla qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
Belçika millisi matç ərzində rəqib qapısına 23 zərbə endirsə də, fərqlənə bilməyib. Bu, komandanın dünya çempionatlarında 1994-cü ildən bəri ən pis göstəricisidir.
Qeyd edək ki, belçikalılar sonuncu dəfə 1994-cü il mundialında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzduqları görüşdə 28 zərbə vurub, qol sevinci yaşaya bilməmişdilər.
0
0