Çempionlar Liqasının qalibi müəyyənləşdi
04.05.2025 - 01:55
Çempionlar Liqasının qalibi müəyyənləşdi

Asiya Çempionlar Liqasında 2024/2025 mövsümünün final matçı keçirilib.

Apasport.az xəbər verir ki, həlledici oyunda "Əl-Əhli" (Səudiyyə Ərəbistanı) ilə "Kavazaki Frontale" (Yaponiya) qarşılaşıb.

Ərəblər rəqibi üzərində 2:0 hesablı qələbəyə seviniblər. 

Qeyd edək ki, "Əl-Əhli" tarixində ilk dəfə turnirin qalibi olub. Komanda bundan əvvəlki iki finalda titulsuz qalmışdı.