
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
İspaniyanın “Real” klubu Londonda “Arsenal”ın qonağı olub. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. "Topçular" rəqibini 3 cavabsız qolla məğlub etməyi bacarıb - 3:0.
Digər görüşdə isə “Bavariya” və “İnter” komandaları üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada sevinən tərəf qonaqlar olub. Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, ilk oyunlar
8 aprel
23:00 "Arsenal" (İngiltərə) – "Real" (İspaniya) 3:0
23:00 "Bavariya" (Almaniya) – "İnter" (İtaliya) 1:2