ÇL: Parisdə 9 qollu gecə - YENİLƏNİB
29.04.2026 - 00:57
ÇL: Parisdə 9 qollu gecə - YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. 

Apasport.az xəbər verir ki, PSJ "Bavariya"nı qəbul edib.

Maraqla gözlənilən qarşılaşmada nə az, nə çox 9 qol vurulub. 

PSJ-nin 5 qoluna "Bavariya" 4 qolla cavab verməyi bacarıb: 5:4.

"Park de Prens"də minimal hesablı qələbəyə sevinən Fransa təmsilçisi Almaniya səfərinə 1 qolluq üstünlüklə yollanacaq. 

Tərəflər arasında cavab görüşü mayın 6-da baş tutacaq.

Çempionlar Liqası
Yarımfinal mərhələsi
28 aprel
23:00. PSJ - "Bavariya" 5:4

Qol: H. Keyn, 17, K. Kvaratsxeliya, 24, 54, Neveş, 33, Olise, 41, Dembele, 45+5, 58, Upamekano, 62, L. Dias, 68