Bu gün UEFA Çempionlar Liqasının liqa mərhələsində II turun oyunlarına start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçiriləcək.
Günün mərkəzi görüşlərindən biri İstanbulda baş tutacaq. Türkiyənin “Qalatasaray” klubu İspaniya nəhəngi “Barselona”nı qəbul edəcək.
Digər maraqlı qarşılaşmada isə İspaniyanın “Atletiko” komandası İngiltərənin “Mançester Yunayted” klubu ilə üz-üzə gələcək.
Azərbaycan təmsilçisi “Sabah” da növbəti matçına çıxacaq. Bakı klubu doğma meydanda Çexiyanın “Slaviya” kollektivini qəbul edəcək.
Bundan başqa, İngiltərənin “Arsenal” klubu Fransanın “Lill” komandası ilə, İtaliyanın “İnter” klubu isə Belçikanın “Brügge” təmsilçisi ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
13 oktyabr
20:45. "Lans" (Fransa) - “Sportinq” (Portuqaliya) - 0:2
20:45. “Sabah” (Azərbaycan) – “Slaviya” (Çexiya) 2:0
23:00. “Arsenal” (İngiltərə) – “Lill” (Fransa) 2:0
23:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 1:0
23:00. “Qalatasaray” (Türkiyə) – “Barselona” (İspaniya) 1:4
23:00. “İnter” (İtaliya) – “Brügge” (Belçika) 1:0
23:00. “Leyptsiq” (Almaniya) – PSV (Niderland) 0:0
23:00. “Vikinq” (Norveç) – “Bavariya” (Almaniya) 1:0
23:00. “Vilyarreal” (İspaniya) – “Napoli” (İtaliya) 2:1