A Seriyası klubunda ayrılıq - RƏSMİ
13.10.2026 - 20:36
"Venetsiya" baş məşqçi Covanni Stroppa ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
58 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Covanni Stroppa 2025-ci ilin yayında "Venetsiya"nın baş məşqçisi vəzifəsində təyin oolunmuşdu. Komanda A Seriyasında keçirdiyi 6 oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
0
0