Bu gün Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünə çıxır.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv Uelsin TNS klubu ilə qarşılaşır.
Matçda hesabı təmsilçimiz açıb. 28-ci dəqiqədə Coy Lens Mikels fərqlənib: 1:0.
Qeyd edək ki, cütün qalibi II turda Şimali Makedoniyanın "Vardar" və Finlandiyanın KuPS klublarının (ilk oyun: 0:2) arasında keçiriləcək oyunun güclüsü ilə qarşılaşacaq.
21:30 TNS (Uels) – “Sabah” (Azərbaycan) 0:1
Qol: Mikels, 28
Osvestry, Park Hall Stadionu
Baş hakim: Mateo Buskets Ferrer (İspaniya)
İlk oyun: 0:2
TNS: Şeppard, Uilyams, Simeu, Bodenhem, Redmond, Smit, Korness, Farrell, Brobbel, Uilyams, Hyuz
Sabah: Pokatilov, Puxaç, Daşdəmirov, Santos Junior, Zedadka, Lepinjitsa, Raxmonəliyev, Simiç, Maluda, İsayev, Mikels