DÇ-2026: Norveçdən darmadağın, Qazaxıstan məğlub oldu- YENİLƏNİB
23.03.2025 - 01:45
DÇ-2026: Norveçdən darmadağın, Qazaxıstan məğlub oldu- YENİLƏNİB

Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib. 

Apasport.az xəbər verir ki, 3 qrupda 6 oyun baş tutub. 

Günün ilk matçında Lixtenşteyn Şimali Makedoniyanı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 3:0. 

Norveç ilk sınağında Moldovanın qonağı olub. Norveçlilər 5:0 hesabı ilə rəqibini məğlub edib. 

Qazaxıstan Uels ilə, Çexiya isə Farer adaları ilə üz-üzə gəlib. 

22 mart

I qrupu

21:00 Moldova - Norveç 0:5

23:45 İsrail - Estoniya 2:1

J qrupu

18:00 Lixtenşteyn - Şimali Makedoniya 3:0

23:45 Uels - Qazaxıstan 3:1

L qrupu

21:00 Monteneqro - Cəbəllütariq 3:1

23:45 Çexiya - Farer Adaları 2:1