DÇ-26: Argentina Misirə qarşı - YENİLƏNİR
07.07.2026 - 21:50
DÇ-26: Argentina Misirə qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Argentina və Misir milliləri üz-üzə gəlirlər. 

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürüb. 

Oyunda hesabı Misir millisi açıb. Yasser İbrahim topu başla qapıdan keçirib: 1:0.

İkinci hissədə təzyiqi artıran Argentina millisi əks-hücum zamanı qapısında 2-ci qolu görüb. Bu dəfə Mostafa Ziko fərqlənib. 

Son dünya çempionları 79-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Romero başla dəqiq oynayıb: 2:1.

83-cü dəqiqədə cənubi amerikalılar hesabı bərabərləşdirib. Səhnəyə Argentinanın ulduzu Leo Messi çıxıb: 2:2.

Qeyd edək ki, oyunun qalibi 1/4 finalda İsveçrə - Kolumbiya cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/8 final
7 iyul

20:00. Argentina – Misir 2:2

Qol: Yasser İbrahim, 15, M. Ziko, 67, K. Romero, 79, L. Messi, 83

Argentina: Emiliano Martines, Molina, Kristian Romero, Lisandro Martines, Talyafiko, De Paul, Mak Allister, Paredes, Enso Fernandes, Messi, Xulian Alvares

Misir: Şobeyr, Hafez, Rabiya, İbrahim, Hani, Həsən, Laşin, Attia, Aşur, Zizo, Salah