DÇ-26: Avstraliya Misirə qarşı - YENİLƏNİR
03.07.2026 - 16:31
DÇ-26: Avstraliya Misirə qarşı - YENİLƏNİR

2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

Apasport.az xəbər verir ki, pley-offun növbəti qarşılaşmasında Avstraliya və Misir milliləri üz-üzə gələcəklər.

Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, oyunun qalibi 1/8 finalda Argentina - Kabo-Verde cütünün qalibi ilə qarşılaşacaq.

DÇ-2026
1/16 final
3 iyul

22:00. Avstraliya – Misir