İngiltərə millisinin müdafiəçisi Tino Livramento DÇ-2026-da iştirak edə bilməyəcək.
Apasport.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Futbolçu baldır əzələsindən aldığı zədə səbəbindən turniri buraxacaq. İngiltərə millisi onun əvəzinə heyətə Trevo Çalobanı daxil edəcək.
Qeyd edək ki, komandalar qrup mərhələsindəki ilk oyunlarına 24 saat qalanadək yekun heyətlərində dəyişiklik edə bilərlər. Bu, yalnız futbolçunun ciddi zədəsi olduğu halda mümkündür.
İngiltərə DÇ-2026-da ilk oyununu iyunun 17-də Xorvatiyaya qarşı keçirəcək. Komanda qrup mərhələsində daha sonra Qana və Panama ilə üz-üzə gələcək.
- TRT-dən mundialdakı kuryoz səhvə görə üzrxahlıq: Şərhçi yayım qrupundan uzaqlaşdırıldı
- DÇ-26: İspaniya millisinin hücumçusundan antirekord: 30 dəqiqə topa toxunmadı
- Dünya çempionatında 68 ildən sonra ilk: Bir gündə 4 heç-heçə
- DÇ-2026: Fransa mübarizəyə başlayır - YENİLƏNİR
- Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi