DÇ-26: İsveçrə qələbə axtarışında - YENİLƏNİR
18.06.2026 - 15:52
DÇ-26: İsveçrə qələbə axtarışında - YENİLƏNİR

2026-cı il dünya çempionatında B qrupunda II tura start veriləcək.

Apasport.az xəbər verir ki, turun ilk oyununda İsveçrə millisi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Görüş bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda ilk turda heç-heçə edib. İsveçrə Qətərlə, Bosniya və Herseqovina isə Kanada ilə 1:1 hesablı bərabərliyə razılaşıb.

Qeyd edək ki, B qrupunun digər oyununda Kanada Qətərlə üz-üzə gələcək.

Dünya çempionatı
B qrupu, II tur
18 iyun

23:00. İsveçrə - Bosniya və Herseqovina