
Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
Apasport.az xəbər verir ki, “Betis” səfərdə “Fiorentina”nın qonağı olub.
Gərgin keçən matçın əsas hissəsi 2:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. Bu nəticə ilə əlavə vaxta yollanan komandalar da qonaqlar əlavə 1 qol vuraraq hesabı 2:2 ediblər və finala vəsiqə qazanıblar.
“Çelsi” isə səfərdə 4:1 hesabı ilə məğlub etdiyi “Yurqorden”lə evdə üz-üzə gəlib. Bu oyunda azarkeşlər 1 qola şahidlik ediblər. Matç qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.
UEFA Konfrans Liqası
Yarımfinal mərhələsi, cavab görüşləri
8 may
23:00. “Fiorentina” (İtaliya) - “Betis (İspaniya) 2:2
İlk oyun - 1:2.
23:00. “Çelsi” (İngiltərə) - “Yurqorden” (İsveç) 1:0
İlk oyun - 4:1.