ML: Fransa Türkiyəni məğlub etdi - YENİLƏNİB
26.09.2026 - 00:45
ML: Fransa Türkiyəni məğlub etdi - YENİLƏNİB

Bu gün futbol üzrə Türkiyə millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə mübarizəyə başlayıb.

Apasport.az xəbər verir ki, A Liqasının I qrupunda yer alan Türkiyə ilk turda Fransa yığmasını qəbul edib. 

Kocaeli stadionunda baş tutan görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb.

Matçı almaniyalı referi Feliks Tsvayer idarə edib. 

Bu qarşılaşma Türkiyənin A Liqasındakı ilk sınağı olub.

Gərgin keçən görüşün taleyini 1 qol həll edib. Killian Mbappenin 54-cü dəqiqədə vurduğu top fransızlara 3 xal qazandırıb - 1:0.

Montellanın yetirmələri növbəti görüşünü sentyabrın 28-də İtaliyaya qarşı keçirəcək. 

Millətlər Liqası, A liqası

25 sentyabr

22:45. Türkiyə – Fransa 0:1

Qol, K. Mbappe, 54