Türkiyə millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Vinçenzo Montellanın baş məşqçisi olduğu kollektiv A Liqasının 1-ci qrupunun III turunda səfərdə Belçika ilə qarşılaşacaq.
Görüş Lyej şəhərindəki “Moris Düfren” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Türkiyə Millətlər Liqasının yeni mövsümünə uğursuz başlayıb. “Ay-ulduzlular” ilk turda doğma meydanda Fransaya 0:1 hesabı ilə uduzub. Ardınca Bursa şəhərində İtaliyanı qəbul edən Türkiyə burada da 1:4 hesablı məğlubiyyətlə üzləşib.
Türkiyə hazırda 2 oyundan sonra xalsız olaraq qrupun sonuncu – 4-cü pilləsindədir. Fransa 6 xalla liderdir. Belçika və İtaliyanın hərəsinin 3 xalı var.
Belçika isə turnirə İtaliya üzərində 2:0 hesablı səfər qələbəsi ilə başlayıb. İkinci turda Fransa ilə qarşılaşan belçikalılar 0:1 hesabı ilə məğlub olublar.
Türkiyə millisində Orkun Kökçü Belçika ilə qarşılaşmada iştirak etməyəcək. İtaliya matçından sonra ayaq barmağındakı ağrıları artan yarımmüdafiəçi heyətdən çıxarılıb. Fransa ilə görüşdə qırmızı vərəqə alan və İtaliyaya qarşı cəza səbəbindən oynamayan Uğurcan Çakır isə yenidən komandanın sərəncamındadır.
Qeyd edək ki, qrupun digər matçında Fransa İtaliyanı qəbul edəcək.
UEFA Millətlər Liqası
A Liqası, 1-ci qrup, III tur
22:45. Belçika – Türkiyə