PSJ Çempionlar Liqası tarixinə düşdü - Turnirdə ilk dəfə
01.06.2025 - 01:24
UEFA Çempionlar Liqasında bu mövsümün qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici görüşdə PSJ “İnter”lə üz-üzə gəlib.
Fransa təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub etməyi bacarıb.
Bu nəticə ilə Paris klubu adını Çempionlar Liqasının tarixinə yazdırıb.
Belə ki, indiyədək heç bir komanda final görüşündə rəqibini 5 cavabsız qolla məğlub etməmişdi.
Qeyd edək ki, PSJ tarixində ilk dəfə bu turnirin qızıl medallarına yiyələnib.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
2
0