“Qarabağ”ın rəqibi bəlli olub
02.09.2026 - 09:44
UEFA Gənclər Liqasında 2026/27 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən start veriləcək. “Qarabağ” bu raundda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
- Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millətlər Liqası: Fransa İtaliya səfərindən əliboş qayıdır - YENİLƏNİB
- Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB
- Azərbaycan millisi Almaniya ilə bacarmadı
0
0