Qurban Qurbanov: “Bu, heç də asan görünmürdü”
17.09.2025 - 01:33
Qurban Qurbanov: “Bu, heç də asan görünmürdü”

UEFA Çempionlar Liqasının "Benfika" - "Qarabağ" matçından (2:3) sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

"Futbolçularımı qazanılan uğura görə təbrik edirəm. Yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik. Əslində bu gün məğlub da ola bilərdik. Çünki start fitindən sonra üstünlük rəqibin tərəfində idi. Oyunu öz xeyrimizə dəyişmək heç də asan görünmürdü. Futbolçularımdakı inam bizə qələbə qazanmağa kömək etdi. "Benfika"ya qalib gəlməyimiz onların zəif olduğu anlamına gəlmir".