Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli olub
25.08.2025 - 11:57
Qurban Qurbanovun mətbuat konfransının tarixi bəlli olub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" – “Ferensvaroş” (Macarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqin vaxtları məlum olub. 
 
Apasport.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 18:00-də isə Azersun Arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. 
 
Macarıstan çempionunun baş məşqçisi Robbi Kin saat 20:00-da Tofiq Bəhramov adına stadionda jurnalistlərlə görüşəcək. “Ferentvaroş”un Bakıda oyunöncəsi son məşqi planlaşdırılmayıb.
 
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.