Rusiya millisi 4 ildən sonra bayraq və himnlə FIFA turnirində – AZƏRBAYCANDA
17.09.2026 - 23:15
Rusiya millisi 4 ildən sonra bayraq və himnlə FIFA turnirində – AZƏRBAYCANDA

Rusiyanın U-15 millisi 2022-ci ildən sonra ilk dəfə FIFA turnirində ölkənin bayrağı və himni altında çıxış edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqı məlumat yayıb.

Komanda oktyabrın 22-dən 31-dək Azərbaycanda təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək.

Rusiya yığması ilkin mərhələdə Türkiyə, Əfqanıstan, Cibuti, Syerra-Leone və Sudanla mübarizə aparacaq. Rusiyalılar ilk görüşünü oktyabrın 24-də Sudana qarşı keçirəcəklər.

Turnirin oyunları Bakının Hövsan qəsəbəsindəki yeni kompleksin meydançasında təşkil olunacaq. 

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı tarixdə ilk dəfə təşkil olunur. Azərbaycan yarışın ilk ev sahibi olacaq.