Tahir Gözel: “Biz savaşan komandayıq”
17.02.2026 - 18:36
Tahir Gözel: “Biz savaşan komandayıq”

“Qarabağ”ın prezidenti Tahir Gözəl 
 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” matçından öncə brifinq keçirib.

Apasport.az xəbər verir ki, klub rəsmisi görüşlə bağlı fikirlərini bölüşüb:

"Biz savaşan komandayıq. 2000-dən artıq klub arasında 24-lükdə yer almağımız böyük nailiyyətdir. Bu, sözün əsl mənasında, möcüzədir. Hamımız bununla qürur duyuruq. Komandamız sıx oyun qrafiki ilə çıxış edir. Futbolçular müəyyən yorğunluq hiss etsələr də, motivasiya ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik. Rəqib büdcə baxımından bizdən qat-qat üstündür. Nəticənin necə olacağını indidən söyləmək çətindir. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanovun əməyi, futbolçuların fədakarlığı, cənab Prezident İlham Əliyevin və xalqımızın dəstəyi sayəsində gəlib çatmışıq".

Qeyd edək ki, “Qarabağ” – “Nyukasl” oyunu sabah saat 21:45-də başlayacaq.