Əfsanəvi boksçu evində ölü tapılıb
15.09.2025 - 09:12
Əfsanəvi britaniyalı peşəkar boksçu Rikki Hatton 46 yaşında vəfat edib.
Apasport.az xəbər verir ki, o, Mançesterdəki evində ölü tapılıb.
Polis səbəbləri nəzərdən keçirir.
“Mançester Siti”nin azarkeşi olan Hatton, komandanın “Mançester Yunayted”lə oyununda bir dəqiqəlik sükutla yad olunub.
Qeyd edək ki, Rikki Hatton 2012-ci ildə peşəkar karyerasını 45 qələbə və 3 məğlubiyyət göstəricisi ilə başa vurub. Onun adı 2024-cü ildə Boks Şöhrət Zalına daxil edilib.
- Boksçularımız Debretsendə beynəlxalq turnirdə iştirak edəcəklər
- Azərbaycanın boks millləri beynəlxalq turnirdə mübarizə aparacaqlar
- Boksçularımız Monteneqro kubokuna yollanıblar
- Azərbaycan boksçuları "Adriatik incisi" turnirini dörd medalla başa vurublar
- Yeniyetmə boksçularımız Şamaxıda hazırlığa başlayıb
0
0