Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən Arina Kaluqina son olimpiya rekordunu yeniləyib.
Apasport.az xəbər verir ki, idmançı buna Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında keçirilən "Denis Ten Memorial Challenger" seriya yarışda nail olub.
Fiqurlu konkisürən +2.91 xal toplayaraq "dördlü salxov" üzrə son olimpia rekordunu yeniləyib.
Təmsilçimiz sərbəst proqram üzrə çıxışı zamanı öz uğurlu perfonması ilə sonuncu dəfə rekorda imza atan Yaponiyalı idmançı Mao Şimadanı geridə qoyub.
Seriya yarışında Arina 13 ölkədən olan 20 idmançı arasında 167.24 xal toplayaraq yekunda bürünc medala sahib olub.
- Cəfərova Dünya Kubokunun finalında
- Azərbaycan kapoeyraçılarından Münhendə üç medal
- Azərbaycanda keçiriləcək yarışın tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur
- Velosipedçimiz Özbəkistanda 4-cü olub
- Təhminə Tağı-zadə Lozannada keçirilən qlobal antidopinq forumunda Azərbaycanı təmsil edib