1967-ci ildən fəaliyyət göstərən Beynəlxalq İdman Federasiyaları Qlobal Assosiasiyası (GAISF) ləğv olunub.
Apasport.az xəbər verir ki, bu barədə üzvlər arasında səsvermə keçirilib.
70 lehinə və 22 əleyhinə səs verilib. Qərara alınıb ki, təşkilatın borcları ödənildikdən sonra 2009-cu ilin martından 2017-ci ilin aprelinədək "SportAkkord" adı ilə yenidən fəaliyyət göstərsin.
Qeyd edək ki, İsveçrənin Lozanna şəhərində qərargahı olan GAISF-in 97 üzvü var. AIBA, UWW, WKF, WAKO kimi mötəbər idman federasiyalarının üzvü olduğu qurum 2023-cü ilin 21-30 oktyabr tarixlərində Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda Ümumdünya Döyüş Oyunlarını təşkil etməlidir.
- Qış Olimpiya Oyunları: Təşkilat Komitəsi qüsurlu medallarla bağlı açıqlama yayıb
- Boyun onurğası sındı - OLİMPİADADA İŞTİRAK ETMƏYƏCƏK
- Olimpiya Oyunlarında tarixi an: 50 ildən sonra əfsanəvi fənd
- Fiqurlu konkisürənimiz Qış Olimpiya Oyunlarında çıxışını başa vurub
- Ermənilərin planı baş tutmadı: BOK-dan cavab