Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək
22.02.2026 - 15:15
Bu gün XXV Qış Olimpiya Oyunlarının bağlanış mərasimi keçiriləcək

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları bu gün başa çatacaq.

Apasport.az xəbər verir ki, İtaliyanın simvollarından biri sayılan Verona Arenasında (Verona Olympic Arena) saat 20:00-da (Bakı vaxtı ilə 23:00) bağlanış mərasimi keçiriləcək.

Xatırladaq ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.