Millimizin üzvləri Avropa çempionatında çıxış edəcəklər
28.08.2026 - 13:34
İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, avqustun 28–30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.
Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.
0
0