Türkiyənin məşhur idman gimnastı Ahmet Önder Azərbaycana səfər edəcək.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Paralel qollarda dünya, fərdi çoxnövçülükdə Avropa çempionatının gümüş medalçısı olan idman gimnastı Bakıda ustad dərsləri keçirəcək. Bu intensiv proqram zamanı iştirakçılar Ahmet Önderin məşq metodikası, texnikası və dünya səviyyəsindəki təcrübələrindən faydalanacaq.
Ustad dərsləri həm gimnastlar, həm də bu sahəyə yeni başlayanlar üçün nəzərdə tutulub. Bu dərslərdə bütün yaş kateqoriyaları üzrə gimnastlar iştirak edə biləcək.
Tədbirlər dekabrın 6-da klublar, ertəsi gün milli komanda üçün təşkil olunacaq. Milli Gimnastika Arenasında baş tutacaq ilk günün ustad dərsi 10:00-da başlayacaq. Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunacaq ikinci günün tədbiri isə 12:00-da start götürəcək.
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb