4 güləşçimiz mübarizəyə qoşulur
18.09.2025 - 09:58
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq) ilə yanaşı, Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl Azərbaycan sərbəst güləşçiləri 4 medal əldə ediblər. Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0