Tirana şəhərində keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçisi Rəşid Babazadə (65 kq) belçikalı Ayub Musayev üzərində 4:2 hesablı qələbə qazanaraq bürünc medal uğrunda görüşə vəsiqə əldə edib.
O, burada Ermənistan təmsilçisi Vazgen Tevanyanla qarşılaşacaq.
İslam Bazarqanov (57 kq) finalda Musa Mextixanov (UWW) ilə qarşılaşacaq.
74 kq çəki dərəcəsində Turan Bayramov neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
Cəbrayıl Hacıyev (79 kq) bürünc medal uğrunda Şimali Makedoniyanı təmsil edən Rasul Şapiyev ilə üz-üzə gələcək.
86 kq çəki dərəcəsində Arseniy Djioyev ukraynalı Denis Bikovla qarşılaşmada da tam üstünlük nümayiş etdirərək (10:0) qələbə qazanıb və 1/4 finala yüksəlib.
Ali Tsokayev (92 kq) Belarus təmsilçisi Yaraslav Yadkovski (UWW) inamlı qalibiyyət (10:0) əldə edib. O, 1/4 finala yüksəlib.
- AÇ: Qurban Qurbanov və Həsrət Cəfərov Avropa çempionu oldu - YENİLƏNİB
- Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR
- Rəşad Məmmədov: “Biz onunla yenidən qarşılaşacağıq”
- İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
- Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu