Bu gün çimərlik güləşi üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, Çimərlik Arenasında təşkil edilən yarışın ilk günündə 2009-2010 təvəllüdlü yeniyetmələr çıxış edib.
Ümumilikdə 4 çəki üzrə 71 güləşçi mübarizə aparıb. Fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim edilib. Medalçılar çimərlik güləşi üzrə milli komandaya cəlb ediləcək və gələn il Seneqalın Dakar şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarının hazırlıq proseslərində iştirak edəcəklər.
60 kq
1. Əlirza Heybətli (Abşeron, “Neftçi”)
2. Elcan Həsənov (Gimnaziya)
3. İlkin Əliyev (Qazax)
70 kq
1. Rəşad Əliyev (Təhsil)
2. Asim Əliyev (AHİTA)
3. Tunar Quliyev (Neftçi)
80 kq
1. Elvin Hacıquliyev (Xaçmaz)
2. Elvin Necəfzadə (Təhsil)
3. Nihad Qədimov (Neftçi)
90 kq
1. Möhlət Qasımov (Cəlilabad, Gimnaziya)
2. Elgün Kərimli (Lənkəran)
3. Şadiyar Abbaszadə (Cəlilabad)
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar