İtaliya klubunda ayrılıq
03.11.2026 - 01:42
“Udineze”də ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, komandanın baş məşqçisi Kosta Runyaiç vəzifəsindən ayrılıb.
İtaliya klubu 55 yaşlı mütəxəssisin istefaya göndərildiyini açıqlayıb. Runyaiç 2024-cü ilin iyul ayından komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, “Udineze” bütün turnirlərdə keçirdiyi son 8 oyunda 7 dəfə məğlub olub, 1 dəfə isə heç-heçə edib.
0
0