DÇ: Qurban Məcnunov mundiala qələbə ilə başladı
27.07.2026 - 11:37
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.
Apasport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində Qırğızıstan təmsilçisi Alixan Minazarovla qarşılaşıb.
Məcnunov rəqibinə 9:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı avqustun 2-dək davam edəcək.
0
0