Güləşçilərimizdən inamlı qələbə
07.04.2024 - 12:54
Azərbaycanın daha 2 sərbəst güləşçisi Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, 1/8 finalda mübarizə aparan idmançılarımız növbəti mərhələyə vəsiqə qazanıblar.
74 kq çəki dərəcəsində yer alan Turan Bayramov 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib. Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
57 kq çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə isə təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə qarşılaşıb.
Rəqibini 11:0 hesabı ilə məğlub edən 26 yaşlı idmançı 1/4 finala yüksəlib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0