Güləşçimiz Avropa çempionatında bürünc medal qazanıb
13.06.2025 - 21:27
Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, qız güləşçilərın mübarizəsi başa çatıb.
Yığmamız çempionatı bir medalla başa vurub. Nəzrin Əhmədli 49 kq çəki dərəcəsində bürünc medal qazanıb. O, medal uğrunda görüşdə Almaniyanı təmsil edən həmyerlimiz Mədinə Bayramovaya 8:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatda yunan-Roma güləşçilərimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0