Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U17 Avropa çempionatı başa çatıb.
Apasport.az xəbər verir ki, yarışın son günündə Azərbaycanın medal şanslarını qoruyan dörd sərbəst güləşçimiz döşək üzərinə çıxıb.
Həsən Həsənov (60 kq) finalda Zorab Aloyevə (Ukrayna) 4:5 hesabı ilə məğlub olaraq U17 Avropa çempionatının gümüş mükafatçısı olub.
Səid Paşayev (92 kq) isə finalda rusiyalı Abdurazak Şabanova (UWW) 6:5 hesabı ilə qalib gələrək U17 Avropa çempionu titulunu qazanıb.
Təsəlliverici mərhələdə Bugra Kavaka (Türkiyə) 2:1 hesabı ilə qalib gələn Ramal Mirhüseynov (51 kq) daha sonra Vahan Azaryanı (Ermənistan) da 10:6 hesabı ilə məğlub edərək U17 Avropa çempionatının bürünc medalını qazanıb.
Bürünc mükafat uğrunda mübarizə aparn Ömər Usubov (45 kq) nəticədə 5-ci yeri tutub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar