Güləşçimiz Avropa Olimpiya Təsnifat turnirində məğlub oldu
05.04.2024 - 13:38
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
Apasport.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı Danimarkadan olan Turpal Bisultanovla üz-üzə gəlib.
Qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılan Abbasov mübarizəni dayandırıb. Daha əvvəl Beka Kandelaki (130 kq) ilk görüşdə qələbə qazanıb.
Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0