Mərakeşdə çimərlik güləşi üzrə Dünya Seriyasının III mərhələsi baş tutub.
Apasport.az xəbər verir ki, Kasablanka çimərliyində keçirilən yarışda ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) təmsil edib.
Vüsal təsnifat mərhələsində uğurlu çıxış edərək B qrupuna vəsiqə qazanıb.
Qrupda Keniya, Fransa və Serbiya güləşçilərinə qalib gələn Əliyev yarımfinalda yunanıstanlı Xristos Xristoforidisə son saniyələrdə məğlub olub. Güləşçimiz fransalı Huqo Kuenonu üstələyərək bürünc medal qazanıb.
İbrahim Yusubov (90 kq) qrupda 2-ci yeri tutub və mübarizəni davam etdirə bilməyib.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar