Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, o, 1/4 finalda Niurqun Skriabinlə (AİN) qarşılaşıb.
65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və dördqat Avropa çempionumuz rəqibini 4:2 hesabı ilə məğlub edərəm yarımfinala vəsiqə qazanıb.
***
12:38
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurla başlayıb.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi 5:2 hesabı ilə məğlub edib.
Bu nəticə ilə 32 yaşlı idmançımız 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə Niurqun Skriabinlə (AİN) üz-üzə gələcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar