İdmançımız üçün dünya çempionatında bürünc şansı
19.08.2025 - 23:50
Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazana bilər.
Apasport.az xəbər verir ki, Günay Qurbanova (59 kq) debütdə misirli Rahma Bedivi üzərində inamlı qələbə qazanıb – 6:0.
Güləşçimiz daha sonra litvalı Anna Tielieginaya tam üstünlüklə (12:2) qalib gələrək yarımfinala yüksəlib. İsveçli Karin Samuelssonla qarşılaşma gərgin mübarizə şəraitində keçib.
Son saniyələrdə qayda pozuntusuna görə üstünlüyü əldən verən Günay qələbədən məhrum olub – 7:8.
Qurbanova sabah bürünc medal uğrunda güləşəcək.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0