Millimiz dünya ikincisi oldu
21.09.2025 - 23:34
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub.
İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
0
0