Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində üçüncü görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Maqomed Ramazanovla qarşılaşıb.
Rəqibinə 6:2 hesabı ilə qalib gələn Nurmaqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya şansını davam etdirib. O, yarımfinalda Vasili Mixaylovla (Ukrayna) qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Georgi Meşvildişvili (125 kq) də yarımfinala adlayıblar.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar