İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kq) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla məğlub olub.
Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar