Türkiyənin Qars şəhərində Ani şəhərinin fəthinin ildönümünə həsr olunmuş “Ani Cup” adlı güləş turniri keçirilib.
Apasport.az xəbər verir ki, yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 8 komanda tərkibində 150-dən çox idmançı mübarizə aparıb.
Turnirdə Azərbaycanı baş məşqçi Faiq İsgəndərovun rəhbəliyi ilə Naxçıvan yığma komandası təmsil edib. Məşqçilər Orxan Əsgərov, Barı Əliyev, həmçinin hakim qismində Nihad Muradov da turnirdə iştirak ediblər.
Güləşçilərimiz turnirdə uğurla çıxış edərək ümummilikdə 31 medal qazanmağa müvəffəq olublar. Sərbəst güləşdə 14 qızıl, 4 gümüş və 3 bürünc, yunan-Roma güləşində isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb.
Bundan başqa, 12-13 yaş qrupu üzrə həm sərbəst güləş, həm də yunan-Roma güləşində komanda hesabında birincilik əldə olunub.
- Güləş üzrə ölkə çempionatına start verilib
- Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim-məşq toplanışına başlayıblar
- Güləş üzrə ölkə çempionatları Gəncədə keçiriləcək
- Millimizin baş məşqçisi: “Bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar