"Azəryol" çempion, "Qarabağ" 3-cü oldu
01.09.2024 - 17:35
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan qadın həndbolçular arasında beynəlxalq turnir sona çatıb.
Apasport.az xəbər verir ki, həlledici matçda "Azəryol" Özbəkistan millisi ilə qarşılaşıb.
Görüş təmsilçimizin 32:29 hesablı qələbəsi ilə nəticələnib. 3-cü yer uğrunda dueldə isə Qazaxıstan “Astana”sı “Qarabağ”ı sınağa çəkib. Həmin qarşılaşmada Azərbaycan klubu qalib gəlib - 32:28.
Qeyd edək ki, yarışda 5-ci yeri “Alatau Arulary” (Qazaxıstan) məğlub edən (34:27) “Kür” tutub.
- Millimiz Böyük Britaniyaya məğlub olub
- Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
- İslam Oyunları: Millimiz Qazaxıstana məğlub oldu
- İslam Oyunları: Yığmamız Özbəkistanla bacarmayıb
0
0