"Bakı" və "Azəryol" Azərbaycan Kubokunun finalında qarşılaşacaqlar
29.05.2024 - 09:57
Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.
"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.
Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.
- Millimiz Böyük Britaniyaya məğlub olub
- Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
- İslam Oyunları: Millimiz Qazaxıstana məğlub oldu
- İslam Oyunları: Yığmamız Özbəkistanla bacarmayıb
0
0