“Kür”ün oyunlarına monteneqrolu hakimlər
29.09.2024 - 13:21
Qadın həndbolçulardan ibarət “Kür” komandasının avrokubok oyunlarının hakim təyinatları bəlli olub.
Apasport.az xəbər verir ki, təmsilçimizin Avropa kubokunun 2-ci mərhələsinin “İonias”la oyunlarını eyni referilər idarə edəcək.
Monteneqrolu hakimlər Militsa Paviçeviç və Sladyana Martinoviç iş başında olacaq. EHF nümayəndəsi vəzifəsi isə serbiyalı Zoritsa Masiçə həvalə olunub.
Qeyd edək ki, oktyabrın 5-6-da keçiriləcək oyunlar Afinada baş tutacaq.
- Millimiz Böyük Britaniyaya məğlub olub
- Millimiz "IHF Trophy" beynəlxalq turnirinin hazırlığının son mərhələsinə start verib
- Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Liqasının oyununa təyinat alıblar
- İslam Oyunları: Millimiz Qazaxıstana məğlub oldu
- İslam Oyunları: Yığmamız Özbəkistanla bacarmayıb
1
0