Millimizin üzvü yenidən "Qarabağ"da - RƏSMİ
22.10.2025 - 11:25
Millimizin üzvü yenidən "Qarabağ"da - RƏSMİ

Azərbaycan milli komandasının üzvü Nicat Əzizov karyerasını “Qarabağ”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, ötən mövsümü “Bakı” klubunda keçirən 35 yaşlı həndbolçu Ağdam klubunun heyətində çıxış edəcək.

Bu transfer təcrübəli oyunçunun “Qarabağ”a ikinci dönüşü olacaq.

Qeyd edək ki, Nicat Əzizov karyerası ərzində həmçinin “Məhsul” klubunun da şərəfini qoruyub.