“Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
27.10.2026 - 10:26
“Qalatasaray” rəhbərliyi “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra futbolçuları mükafatlandırmaq qərarına gəlib.
Apasport.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
İstanbul klubunun prezidenti Dursun Özbek derbidən sonra komanda üçün 2,5 milyon avro məbləğində mükafat ayrıldığını açıqlayıb.
Qeyd edək ki, Türkiyə Super Liqasının IX turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
0
0