“Qarabağ” lideri məğlub etdi
12.04.2025 - 17:56
“Qarabağ” lideri məğlub etdi

Qadın həndbolçular arasında XXXI Azərbaycan çempionatı davam edir.

Apasport.az xəbər verir ki, I-IV yerlər uğrunda mübarizə aparan komandaların turnirində XI turun mərkəzi oyunu baş tutub.

“Qarabağ” çempionatın lideri “Azəryol”la üz-üzə gəlib. İlk hissədə 15:13 hesabı ilə üstün olan nominal meydan sahibləri qələbəni əldən verməyiblər - 31:29.

Qeyd edək ki, “Azəryol” 18 xalla 1-ci, “Qarabağ” 13 xalla 2-ci yerdə qərarlaşıb.