A Seriyası: “Yuventus”dan minimalhesablı qələbə
29.03.2025 - 22:54

İtaliya A Seriyasında XXX tura start verilib.
Apasport.az xəbər verir ki, günün ilk matçında "Komo" "Empoli" ilə qarşılaşıb.
Ev sahibləri 10 nəfərlə qalan autsayderlə bacarmayıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Turun digər matçında "Yuventus" "Cenoa" ilə üz-üzə gəlib. Kenan Yıldızın 25-ci dəqiqə də vurduğu qol oyunun taleyini müəyyənləşdirib. Matç "qoca sinyora"nın minimalhesablı qələbəsi ilə başa çatıb.
İtaliya A Seriyası
XXX tur
18:00. "Komo" - "Empoli" - 1:1
18:00. "Venezia" - "Bolonya" - 0:1
21:00. "Yuventus" - "Cenoa" - 1:0
0
0